Tarixinin ən uğursuz mövsümünü yaşayan ?Neftçi? növbəti birincilikdə uğurlu çıxış etmək üçün transfer çalışmalarının davam etdirir. Qol.Az-ın məlumatına görə, Ruslan Əmircanov və Asəf Qədirinin ardından ?ağ-qaralar? daha bir futbolçunun keçidini rəsmiləşdirib. Söhbət son iki ildə ?Karvan?da çıxış edən Əziz Quliyevdən gedir. Bir müddət əvvəl 21 yaşadək futbolçulardan ibarət milli komandamızın da şərəfini qoruyan Əziz ?Neftçi?ylə 1 illik müqavilə imzalayıb.