İyunun 2-də keçirilən Türkiyə-Azərbaycan oyunundan sonra hər iki komandanın kapitanı - Tuncay Şanlı ilə Rəşad Sadıqovun ayaqüstü görüşü olub. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdyii məlumata görə, ?Kocaelispor? klubunda oynayan Rəşad bir İngiltərə premyer-liqasında çıxış edən bir futbolçu kimi Tuncayla fəxr etdiklərini söyləyib. Tuncayı özünün idolu adlandıran milli komandamızın kapitanı türkiyəli futbolçunu Azərbaycana dəvət edib.