"Bakı" Futbol Klubu 18-ci milli çempionatın hazırlıqlarına başlayıb. Klubun icraçı direktoru Yaşar Seyidov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, artıq heyətə cəlb ediləcək futbolçularla danışıqlara başlanılıb. Əsasən əcnəbilərlə güclənmək fikrində olan paytaxt təmsilçisi Pele və Maradonanın bir neçə yerlisini rənglərinə qatmaqda israrlıdır. Y.Seyidovun sözlərinə görə, hazırda danışıqlar aparılan legionerlər "Bakı"da çıxış edən əcnəbilərdən daha səviyyəlidir: "Qarşıdakı ölkə birinciliyində heyətimizə daha səviyyəli oyunçular qatmaq fikrindəyik. İndi menecerlərimiz onlarla danışıqlar aparır. Onu deyə bilərəm ki, gətirəcəyimiz futbolçular çox səviyyəlidir. Amma hzələlik onların transfer qiymətini açıqlaya bilmərəm". INTİQAM