?Qarabağ? Azərbaycan kubokunu qazandı
Azərbaycan kubokunun sahibi bu gün bəlli oldu. Bu gün saat 18.00-da ?Qarabağ?la Azərbaycan Premyer Liqasının ikincisi ?İnter? arasında oynalınan final qarşılaşmasında sevinən tərəf birinci olub.
Oyunun ilk hisəsi qarşılıqlı hücumlar və gərgin mübarizə şəraitində keçməsinə baxmayaraq, komandalardan heç biri fərqlənə bilməyib. Beləliklə, ilk 45 dəqiqə qolsuz heç-heçəylə başa çatıb.
İkinci hissənin əvvəlləri də qarşılıqlı hücumlar şəraitində keçib və nəhayət, Qurban Qurbanovun yetirmələri 57-ci dəqiqədə hesabı açmaq üçün əlverişli məqam əldə edib. Belə ki, baş hakim Vüsal Əliyev cərimə meydançasında Elnur Allahverdiyeva qarşı kobud oyuna görə "İnter"in qapısına penalti təyin edib. Topa yaxınlaşan Vaqif Cavadov vəzifəsinin öhdəsindən məharətlə gəlirək, hesabı açıb. Bu yeganə qol ?Qarabağ?a həm Azərbaycan kubokunu, həm də Avro Kuboklarda çıxış etmək imkanını qazandırıb.
Yeri gəlmişkən, onu da qeyd edək ki, əgər final qarşılaşmasında qalib ?İnter? olardısa, o zaman bu mövsüm Avropada Azərbaycanı təmsil etmək hüququ qazanan dördüncü komanda "Xəzər Lənkəran" olacaqldı.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11