?Simurq? bir futbolçunu transfer etdi, digəri ilə vidalazdı
gn=left]2010/simurq-1.jpg[/libt]
Premyer-liqanı üçüncü yerdə tamamlayan və bununla da tarixində ilk dəfə olaraq, ölkəmizi Avrokuboklarda təmsil etmək hüququ qazanan ?Simurq? transfer çalışmalarının davam etdirir. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, ?Simurq? mövsümlərarası fasilədə ikinci transferini reallaşdırıb. Bu gün klubun ofisində ötən mövsümü "Standard"da keçirən orta xətt oyunçusu Camal Məmmədovla müqavilə imzalanıb. Futbolçu qarşıdakı 1 il ərzində "sarı-qara" formada çıxış edəcək.
Başqa bir futbolçu isə komandanı tərk edib. Söhbət bu ilin fevralında "Simurq"un "Neftçi"dən icarəyə götürdüyü yarımmüdafiəçi Aleksandr Çertoqanovdan gedir. Futbolçunun icarə müddəti mayın 30-da başa çatır. Artıq klub rəhbərliyi bu oyunçu barədə qərarını açıqlayıb. Baş məşqçi Roman Pokoranın da razılığı ilə klub onunla müqavilə bağlamamaq qərarına gəlib və Çertoqanov "Neftçi"yə qayıdacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11