Karateçilərimiz məsul yarışa hazırlaşırlar. Milli Karate Federasiyasından aldığımız məlumata görə idmançılarımız iyulun 5-dən 11-nə kimi Yunanıstanın Kolxido şəhərində keçiriləcək dünya kubokunda Azərbaycanı təmsil edəcək heyət hələlik açıqlanmayıb. Məlumat üçün bildirək ki, yeniyetmələr və gənclər arasında keçirilən yarışda ötən il millimiz uğurla çıxış ediblər. Belə ki, Elvin Eyvazov və Musa Musayev kata yarışlarında ikinci yeri tutublar. Xatırladaq ki, ötən ildən fərqli olaraq, dünya kuboku həm kata, həm də kumite üzrə keçirilir. [b]İntiqam[/b]