Rəzad Sadıqovun klubunda sənədlərin yoxlanılmasına bazlanılıb
"Kocaelispor klubunda sənədlərin yoxlanılmasına başlanılıb. Bu işi İzmitə gedən 3 müfəttiş edir. Kocaeli Vali köməkçisi Celalettin Özdal, klubun fəaliyyətinin qanuni olmadığı ilə bağlı şikayət edildiyini bildirib: "Daxili İşlər Nazirliyinə bəzi şikayətlər daxil olub. Müfəttişlər bununla əlaqədar araşdırma aparacaqlar. Bundan sonra nəticələr ictimaiyyətə açıqlanacaq". Supersport.Az-ın məlumatına görə, təftişin müddəti və şikayətlərin mahiyyəti haqqında isə məlumat verilməyib.
Bu arada Superliqa ilə vidalaşan "Kocaelispor"un İdarə Heyəti, çempionatın başa çatmasına 3 tur qalmış qarşılıqlı razılaşma ilə 5 futbolçuyla yollarını ayırıb. Maurise Ross, Ergün Teber, Yetkin Yücetaş, Fateh Akyel və Emrah Albalıya təşəkkür edilib. Komandanın bu futbolçuların yerinə gənclərə şans verəcəyi və mövsüm sonuna qədər başqa ayrılıq olmayacağı bildirilib. M.Rossun Superliqa klublarından gələn təklifləri dəyərləndirəcəyi qeyd olunub: "Komandamdan ayrıldığıma məyusam. Ancaq inanıram ki, yollarımız bir daha kəsişər". Ergün Teber "Gənclərbirliyi", Emrah Albalı "Bursaspor"dan icarəyə götürülmüşdü. Ross və Ergün 10, Emrah isə 6 matçda "Kocaelispor"un formasını geyib. Fateh Akyel ilə Yetkin Yücetaş heç bir oyunda iştirak etməyib. Onlar çox vaxt zədəli olublar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11