Milli komandamızın keçmiş üzvləri - Emin Ağayevin oynayan məşqçi, Aleksandr Jidkovun isə qapıçılarla işləyən məşqçi olduğu Rusiyanın ?Volqa? klubu ölkə çempionatının ikinci divizionunda növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə ?Volqa? səfərdə Şelkov ?Spartak?ının qonağı olub. Matç həmyerlilərimizin komandası üçün uğurlu alınıb. Emin Ağayevin 90 dəqiqə meydanda olduğu və 41-ci dəqiqədə idmançıya yaraşmayan hərəkət etdiyinə görə sarı vərəqəylə cəzalandığı qarşılaşmada ?Volqa? rəqibini 2:0 hesabıyla məğlub edib. Matçda hesabı 7-ci dəqiqədə Mixail Sorokin açıb. 28-ci dəqiqədə İvan Stolbov qonaqların ikinci qolunu vurub. Lakin bu qələbə həmyerlilərimizin komandasına heç də asan başa gəlməyib. Çünki artıq 18-ci dəqiqədə ?Volqa? azlıqda qalmalı olub. Üstəlik 23-cü dəqiqədə rəqib penaltidən istifadə edə bilməyib. Bununla da ?Volqa? mövsümdə ilk qələbəsini qazanaraq, xalını 5-ə yüksəldərək, 14-cü pilləyə qalxıb. ?Volqa? çempionatıdakı növbəti matçını mayın 14-də səfərdə ?İstra?ya qarşı keçirəcək.