Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən ?Çelsi? - ?Barselona? görüşündə baş verənlər hələ də müzakirə mövzusudur. İngiltərənini bukmeyker kontorlarından biri isə maraqlı qərar qəbul edib. Qol.Az-ın İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, bu ölkənin ən məşhur bukmeyker kontorlarından biri olan ?Paddy Power? bu matçın nəticəsini ləğv olunmuş kimi qəbul edib. Həmin kontor ?Çelsi? - ?Barselona? matçında londonluların qələbəsinə pul qoyanların hamısının pulunu geri qaytaracağını bildirib. Məsələylə bağlı bukmeyker kontoru rəsmi bəyanat yayıb: ?Bu oyunda hakimliyin səviyyəsi biabırçı idi. İstəməzdik ki, buna görə bizim müştərilərimiz əziyyət çəksinlər. ?Çelsi?nin qələbəsinə və yaxud finala yüksələcəyinə pul qoyanların pulları geri qaytarılacaq?.