"Mançester Yunayted" "Arsenal"lı darmadağın etdi
Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları keçirilir. "Mançester Yunayted" səfərdə "Arsenal"la qarşılaşıb və 3:1 hesabı ilə qələbə qazanıb. Əvvəlcə hesabı qalib komandadan 8-ci dəqiqədə Park açıb, ardından 11, 61-ci dəqiqələrdə Ronaldu dubl edib. 75-?i dəqiqədə qırmızı vərəqəylə cəızalanan Fletçer ("Mançester Yunayted") meydandan çıxarılıb. 76-cı dəqiqədə Van Persi "Arsenal"ın təsəlli qolunu vurub. İlk oyunda "Mançester Yunayted" 1:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, bu gün Bakı vaxtıilə saat 23:45-də başlanacaq digər yarımfinal - "Çelsi" - "Barselona" oyununda daha bir finalçı məlum olacaq. İlk qarşılaşma 0:0 başa çatıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11