?Oyun çox yaxşı keçdi. Lakin təəssüf ki, qələbə qazana bilmədik?. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri dünən keçirilən ?Qarabağ? - ?İnter? oyunu haqda fikirlərini bildirərkən, Ağdam klubunun hücumçusu Zaur Ramazanov deyib. Ramazanov oyundan razı qalsa da, hakimlikdən narazı qalıb: ?Bu cür hakimlik olmaz. Hakimlər oyunu biabırçı şəkildə idarə etdilər. Onlar bizim oynamağımıza imkan vermirdilər. Başa düşə bilmirəm başqa hakim tapa bilmədilər bura göndərməyə? Hakimin səhvləri olmasaydı, ?İnter?i məğlub edərdik?.