Azərbaycan milli komandasının və ?Kocaelispor?un müdafiəçisi Rəşad Sadıqov 4 aydır ki, maaş almır. Qol.Az-ın məlumatına görə, bu xəbəri dünən gecə saatlarında Türkiyənin ?NTV Spor? kanalında efirə gedən futbol verilişinə İzmit klubundan kənarlaşdırılan qapıçı Serdar Kulbilgi deyib. Canlı olaraq aparıcının suallarını cavablandıran Serdar ?Kocaelispor?dan 4 aydır maaş ala bilmədiklərini deyib. Aparıcının ?Təkcə sən ala bimirsən, yoxsa digər komanda yoldaşların da? sualına ?Demək olar ki, heç kim almır. Komandaya qış transfer pəncərəsində gələn futbolçuların heç biri o vaxtdan bu yana maaş almayıblar. Hamısı pulsuz oynayır. Bir sözlə ?Kocaelispor?da çox böyük maddi sıxıntı var?. Qeyd edək Rəşad Sadıqov da məhz qış transfer dönəmindən ?Kocaelispor?a keçmişdi. 6