Futzal üzrə Azərbaycan çempionatında 18-ci turun oyunları keçirilib. Bu tur ilk iki pillənin sahibi ?Araz? və ?Azmetko? komandaları istirahət edib. Səbəb isə ?Azmetko? klubunun bir neçə oyunçusunun çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyətində təlim-məşq toplanışında iştirak etməsidir. 18-ci turun nəticələrinə gəlincə, ən bol qollu hesab ?Xanbulan?-?Ekol? matçında qeydə alınıb. Bu oyunda ?Ekol? rəqib qapısından nə az nə çox düz 19 qol keçirib. ?Xanbulan? isə öz növbəsində bu qollardan yalnız 4-nün əvəzini çıxa bilib. ?Neftçi? ilə ?Qarabağ Veteranları?nın oyununda azarkeşlər qapılara vurulmuş 21 qolun şahidi olublar. Bu toplardan 16-sı ?Neftçi?nin, 5-i isə ?Qarabağ Veteranları?nın aktivinə yazılıb. TT ? ?Olimp? qarşıdurması isə TT-nin 6-2 hesablı qələbəsi ilə başa çatıb.