"Xəzər-Lənkəran" "inter"lə oyuna hazırdır
?Xəzər-Lənkəran? Premyer liqanın XXIII turunda keçirəcəyi ?İnter? matçının hazırlığını başa vurub. Bu haqda Supersport.Az-a Lənkəran klubundan məlumat verilib. Komanda təxminən bir saat davam edən oyunöncəsi sonuncu məşqi dünən ?Şəfa? stadionunda keçirib.
Məşqə isinmə və dartınma hərəkətləriylə başlayan futbolçular daha sonra kiçik sahədə həndbol, ardından isə futbol oynayıblar. Bundan sonra komandanın baş məşqçisi İqor Ponomaryov ?İnter? matçı üçün nəzərdə tutduğu əsas heyəti ayrıca çalışdırıb. Futbolçular yarımsahədə rəqib müqaviməti olmadan hücumum qurulmasını imitasiya ediblər. Çalışmaların sonunda isə komanda üzvləri uzaqdan zərbələr vurublar.
Qeyd edək ki, komanda artıq toplanışa yığışıb və oyun saatına kimi ?Elite? mehmanxanasında məskunlaşıb. ?Xəzər-Lənkəran? bu gün saat 14.00-da mehmanxanadan ?Şəfa? stadionuna yollanacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11