Milli komandamızın keçmiş baş məşqçisi Şahin Diniyevin çalışdırdığı ?Terek?in əvəzedicilərdən ibarət komandası Rusiya çempionatının 6-cı turu çərçivəsində ?Saturn?la qarşılaşıb. Qol.Az-ın məlumatına görə, Diniyevin komandası öz meydanında oynamasına baxmayaraq, rəqibinə 0:1 hesabıyla uduzub. Bu Şahin Diniyevin komandasının ardıcıl ikinci məğlubiyyəti olub. Eyni zamanda ?Terek?in qələbəsiz oyunlar seriyası da 4-ə çatıb. 6 turdan sonra hesabında 7 xal olan ?Terek? turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.