Azərbaycan Qılıncoynatma Federasiyasının tədbirində qalmaqal
Bu gün Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat konfransı keçirilib. Tədbirdə 2010-cu ildə Azərbaycanda baş tutacaq dünya çempionatı, bu il mayın 23-24-də təşkil olunacaq "Baku fencing open" adlı beynəlxalq turnir, həmçinin Azərbaycanda bu idman növünün vəziyyəti və perspektivləri barədə məlumat verilib. Baş katib Ramin Məmmədov bu haqda danışıb. Supersport.Az-a verilən məlumata görə, federasiyanın vitse-prezidenti Yaşar Məmmədov tədbirdən kənarda qaldığı üçün baş katibə iradını bildirib. R.Məmmədov isə bunu texniki səhv kimi dəyərləndirib və üzr istəmək məcburiyyətində qalıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11