AFFA-nın intizam Komitəsinin növbəti iclası keçirilib
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ?Karvan? - ?Simurq? matçında Yevlax klubunun üzvü Namiq Əliyev bilərəkdən rəqibini ayağı ilə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalandırılıb, klub isə iki min manat cərimə olunub. Eyni cəzaya ?Olimpik?in futbolçusu Mahir Şükürov da məruz qalıb. İntizam Komitəsi qərarə alıb ki, Mahirin 19-cu dəqiqədə aldığı sarı vərəqə ləvğ olunsun. Oyunun videoyazısında futbolçunun rəqibini bilərəkdən vurduğu üçün hakim tərəfindən futbolçuya göstərilmiş sarı vərəqə ləğv olunub və qırmızı vərəqə ilə əvəzlənib. Mahir Şükürov 2 oyunluq cəzalandırılıb, klub isə iki min manat cərimə olunub. Həmin oyunda meydandan kənarlaşdırılan ?Bakı?lı Amiran Muciri isə iki sarı vərəqə və avtomotik qırmızı vərəqə aldığı üçün futbolçu 1 oyunluq, klubu isə 200 manat cərimə olunub. ?Bakı? daha 1000 manat cəriməni 4 futbolçusu sarı vərəqə aldığı üçün ödəyəcək.
Hakimlər Komitəsi oyunu idarə edən hakimlər haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.
?Bakı?dan başqa ?Turan?la matçda 4 futbolçusu sarı vərəqə alan ?Qarabağ?, ?Neftçi?ylə görüşdə eyni sayıda futbolçusu cəzalanan MOİK də hərəyə min manat gəcmində cəzalanıblar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11