?Həmin gün ?Xəzər-Lənkəran?ın yeni təlim-məşq mərkəzinin açılış mərasimində iştirak etdiyimdən ?Olimpik? - ?Bakı? oyununu canlı olaraq stadiondan izləyə bilmədim. Amma matçda yaşanan hadisələr barədə işçilərim məni tez-tez məlumatlandırırdılar. Axşam saatlarında paytaxtda qayıtdıqdan dərhal sonra da oyunun videoyazısını izlədim. Deyə bilərəm ki, Mahir Şükürovun etdiyi hərəkət peşəkarlığa sığmır?. Qol.Az-ın müxbiriylə söhbətində ?Olimpik? - ?Bakı? oyununda yaşananlara münasibət bildirən PFL-in prezidenti Ramin Musayev belə deyib. Onun sözlərinə görə, ?Bakı?nın narazılığına baxmayaraq, ?Olimpik?lə oyunun nəticəsi ləvğ olunmayacaq: ?Bakı?nın bizə ünvanladığı məktubla tanış olmuşam. Amma burada bizim əlimizdən heç nə gəlmir. Çünki əsasnamədə bu cür hallarda oyunun təkrar keçirilməsi qeyd olunmayıb. Bu isə o deməkdir ki, biz əsasnaməyə zidd olaraq, oyunun nəticəsini ləvğ edə bilmərik. Buna görə də deyə bilərəm ki, ?Olimpik? ? ?Bakı? oyunu yenidən keçirilə bilməz?.