?Azərbaycan milli komandasının seçmə mərhələ çərçivəsində yalnız 1 oyununu izləmişəm. Səfərdə Finlandiyaya qarşı keçirilən matçda milliniz heç də pis təsir bağışlamadı?. Qol.Az-ın Moskvada olan müxbiriylə söhbətində bu sözləri Rusiya milli komandasının kapitanı Sergey Semak deyib. Təcrübəli futbolçu komandamızın üzvlərindən isə yalnız birini xatılayır: ?Həmin oyundakı futbolçulardan yalnız biri yadımda qalıb. Qapıçınızı nəzərdə tuturam. O Finlandiyayla qarşılaşmada xoş təsir bağışlamışdı. Amma məndə olan informasiyaya görə, o bizimlə matçda meydana çıxmayacaq. Lakin bunun bizim üçün elə bir əhəmiyyəti yoxdur. Çünki biz əbəs yerə favorit olmadığımızı göstərəcəyik?.