Martın 28-də milli komandamızla qarşılaşacaq Rusiya millisinin qarşıdakı oyunla bağlı hazırlıq planı məlum olub. Qol.Az-ın ?Sport-Ekspress?ə istinadən verdiyi məlumata görə, rəqibimiz martın 24-ü saat 12:00-da bir araya gələcək. ?Grand Hotel Marriott?da məskunlaşacaq Rusiya millisi ilk məşqini də elə həmin gün saat 17:00-da ?Lujniki?də keçəcək. Martın 25-də iki məşqə çıxacaq Qus Hiddinkin yetirmələtri sonrakı günlərdə yalnız 1 hazırlıqla kifayətlənəcəklər. Xatırladaq ki, milli komandamız Rsuiay ilə martın 28-də, Bakı vaxtıyla saat 18:00-da ?Lujniki? stadionunda üz-üzə gələcək. Rusiya millisinin məşqçisi Aleksandr Borodyuksa bildirib ki, hazırlıq planında dəyişiklik olması da mümkündür. Bu haqda son qərarı Rusiya millisinin baş məşqçisi Qus Hiddink Moskvaya gəldikdən sonra verəcək.