Subaşiç və Kamran Ağayev yığma komandanın məşqinə qatılmayıb Xəbər verdiyimiz kimi, martın 16-dan etibarən Azərbaycan millisi Bakıda təlim-məşq toplanışı keçirir. ?Holiday İnn? otelində qalan komanda hər gün saat 10:00-da və 16:00-da ?Şəfa? stadionunda məşq edir. Supersport.Az-a AFFA-dan verilən məlumata görə, Kamran Ağayev zədəli olduğu üçün toplanışa qatılmayıb. Branimir Subaşiç yeni klubla danışıq aparlığını görə millinin düşərgəsində deyil. Rəşad Sadıqov millinin toplanışında 1 gün iştirak edib və baş məşqçi Berti Foqtsun icazəsi ilə çıxış etdiyi ?Kocaelispor? klubunun düşərgəsinə qayıdıb. Xatırladaq ki, martın 18-də saat 16:00-da AFFA-nın Futbol Akademiyasnın süni örtüklü meydançasında millinin mətbuat üçün açıq məşqi keçiriləcək.