AFFA Babək Quliyev və Anar Niyazovla bağlı qərarını açıqladı
05;n Hakimlər Komitəsi FİFA referiləri Babək Quliyev və Anar Niyazovla bağlı qərarını açıqlayıb. Qol.Az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının və AFFA Hakimlər Komitəsinin apardığı araşdırmaların nəticəsini əsas götürərək, AFFA Hakimlər Komitəsinin ?Nizam-İntizam Kodeksi?nin 1-ci maddəsinin ?h? bəndinə uyğun olaraq, hakim adına xələl gətirən nöqsanlara yol verdiklərinə görə FİFA referesi Babək Quliyev və futzal üzrə FİFA referisi Anar Niyazov keçirilən bütün yarışlarda hakimlikdən uzaqlaşdırılıblar.
?Mən ölənə qədər bu işin sonuna gedəcəm və haqqımın tapdalanmasına imkan verməyəcəm. Hakimlər Komitəsinin haqqımda çıxardığı qərar qanunsuzdur?. Bu sözləri Peşəkar Futbol Liqasının və AFFA Hakimlər Komitəsinin qərarı ilə hakimlikdən uzaqlaşdırılan FİFA referisi Babək Quliyev Qol.Az-a açıqlamasında deyib: ?Xaqani Məmmədovun əlində heç bir sübutu yoxdur. Belə olan halda hansı əsasla məni hakimlikdən uzaqlaşdırır??
Sonda FİFA referisi tezliklə jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirəcəyini də söyləyib.
Məsələylə bağlı AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun fikirlərini öyrənmək cəhdimiz baş tutmayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11