FİFA prezidentliyinə namizəd Jerom Şampan Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrea ilə dalaşıb.

 

Publika.az xəbər verir ki, tərəflər arasında dava-dalaş Paris restoranlarından birində baş verib. Şampan Noeli nahar yeməyinə dəvət edib. O, federasiya rəhbərindən seçkilərdə ona səs verməsini xahiş edib.

 

Noel isə UEFA-nın dəstəklədiyi namizədə - İnfantinoya səs verəcəyini bildirib. Nəticədə, Şampan prezidenti Fransa siyasətçiləri vasitəsiylə təhdid edib. Bundan əsəbiləşən Noel Şampanı təhqir edərək, restoranı tərk edib.

 

Şampan mətbuata verdiyi açıqlamada məlumatı təsdiqləyib:

 

"Bəli, belə hadisə baş verib. Mətbuatda yayılan məlumatı təsdiqləyirəm”.