FİFA-nın belçikalı futbolçu Emil Mpenza barədə çıxardığı qərar qüvvədə saxlanıb.
"Neftçi”nin mətbuat xidmətindən verilən məlumata görə, klubun futbolçuya 1 milyon dollar təzminat ödəməsi haqda qətnamə dəyişməyib.
İdman Arbitraj Məhkəməsi belə bir qərara gəlib. Emil 2010-cu ildə İsveçrənin "Sion” klubundan "Neftçi”yə transfer olunub. 2012-ci ilin qış fasiləsində komandanın düşərgəsini tərk edib.
Futbolçunun klubun düşərgəsini özbaşına tərk etməsini əsas gətirərək, onunla müqaviləyə "Neftçi” tərəfindən birtərəfli qaydada xitam verilib.
"Neftçi” FİFA qarşısında iddia qaldırıb. Emil də öz növbəsində FİFA qarşısında əks iddia qaldırıb. O, klubdan təzminat tələb edib. 3 il davam edən araşdırmaların yekununda FİFA futbolçunun xeyrinə qərar çıxarıb.

Axar.az