Madridin "Real" futbol klubu İspaniya kubokundan kənarlaşdırılıb.
 
APA-nın "Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə İspaniya futbol federasiyası qərar verib.
 
Xatırladaq ki, "Real” İspaniya kubokunun  1/16 mərhələsində "Kadiz" klubuna  qarşı oyunda cəzalı Rusiya futbolçusu Denis Çerışev oyuna daxil edib. Bu isə məlum qərarın verilməsinə səbəb olub.