Türkiyəli hakim Cüneyt Çakır Çemionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, ona "Barselona" - "Roma" matçı tapşırılıb.
Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Mustafa Emre Eyisoy yerinə yetirəcək.
Qeyd edək ki, "Barselona" - "Roma" matçı noyabrın 24-də keçiriləcək.