"Bavariya" baş məşqçisi Pep Qvardiola ilə müqaviləni uzatmaq barədə razılığa gəlib.

Qol.Az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis Münhen klubunun 3 illik yeni təklifini qəbul edib.

Qeyd edək ki, P.Qvardiolanın "Bavariya" ilə hazırkı müqaviləsi bu mövsümün sonu başa çatır.