Bu gün Topaz Premyer Liqasında "Qəbələ" debütant "Zirə"ni qəbul edib.
Mia.az xəbər verir ki, bu oyunda hesab açılmayıb - 0:0.
Turun digər oyununda isə "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Gözlənildiyinin əksinə olaraq, güclü "Qarabağ" "Sumqayıt"dan məğlub ayrılıb. Oyunun 86-cı dəqiqəsində Mirzağa Hüseynpur qələbə qolunu vurub - 1:0.