Bu gün Avropa Liqasında III turun oyunları çərçivəsində Azərbaycan təmsilçisi "Qəbələ" Dortmundun "Borussiya"sını qəbul edib. 

Mia.az xəbər verir ki, oyuna üstünlüklə başlayan alman komandası  komandamızı düz 3 dəfə meydanın mərkəzindən oyuna başlamağa dəvət edib. Obameyanq oyunun 31, 38  və 72-ci dəqiqlərdə komandamızı cəzalandırıb. Oyunun son dəqiqəsində isə komandamızın kapitanı Dado bu qollardan birinin əvəzini çıxıb - 1:3.

Qeyd edək ki, bu oyunla komandamız qrupda 1 xalla sonuncu pillədəki mövqeyində qalıb. "Borrusiya" isə xalını 7-yə çatdıraraq liderliyini qoruyub.