"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Monakoda mətbuat konfransı keçirib. Fanat.az xəbər verir ki, bu gün Avropa Liqasında "Monako" ilə keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib:


"Bizi çətin oyunun gözlədiyinin fərqindəyik. Buna baxmayaraq, hər şeyin doğrusunu etməyə çalışacağıq. Qrupda 2-ci pillədə qərarlaşmağımıza baxmayaraq, növbəti mərhələyə adlamaq baxımından rəqiblərimiz favoritdi. Hər halda, onların zəngin təcrübəsi belə düşünməyə əsas verir. "Monako” ilə ardıcıl oyunların həlledici olacağını düşünmürəm. Fikrimcə, son tura qədər komandalar arasında mübarizə davam edəcək. Ona görə də indidən nəsə söyləmək çətindi. "Monako” sonradan ulduza çevrilən futbolçular yetişdirməklə adından söz etdirə bilib”.