Zepp Blatter FİFA prezidentliyindən uzaqlaşdırılıb. Qurumun etika komitəsinin bu gün Sürixdə keçirilən toplantısında Blatterin 90 gün müddətinə prezident postundan kənarlaşdırılmasına qərar verilib.
Strateq.az BBC-yə istinadən xəbər verir ki, Blatterin aqibəti ilə bağlı yekun qərar sabah FİFA-nın etika komitəsinin arbitraj palatasında qəbul olunacaq.
Blatter 2016-cı ilin fevralına – FİFA-dakı növbəti prezident seçkilərinə qədər postunda qalmaq istəyirdi. Lakin o da başda olmaqla FİFA rəsmiləri ilə bağlı ortaya çıxan korrupsiya qalmaqalı bütün planları alt-üst etdi. İsveçrə Prokurorluğu sentyabr ayında Blatterin özü ilə də bağlı təhqiqat başladıb.