Azərbaycanda ilk dəfə olaraq Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin,
Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının razılığı və dəstəyi ilə
Kempo üzrə ilk dəfə olaraq Evroasia çempionatı keçiriləcək.
Kempo təşkilatının mətbuat xidmətinin rəhbəri Fuad Rəsulun Mia.az-a verdiyi məlumata əsasən, yarışda Moldova, Polşa, İran, Əlcəzair, Gürcüstan, Türkiyə, Özbəkistan, Qazaxstan, Rusiya, Macarıstan, Rumuniyadan olan idmançılar iştirak edəcəklər.
Yarış 16-17-18.10.2015 tarixdə üç gün Şağan OİK də iki versiya üzrə Full
Kempo (Döyüş) və Submission Kempo (Grapling) versiyaları üzrə keçiriləcək.