Avropa Liqasının qrup mərhələsinə Azərbaycanı turnirdə təmsil edən iki klubdan biri olan "Qarabağ" isə səfərdə meydana çıxıb.
Premyer Liqanın son qalibi İngiltərənin "Tottenhem" klubunun qonağı olub. Hesabı 7-ci dəqiqədə Ansi Aqolliyə qarşı kobudluqdan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Riçard Almeyda açıb. Lakin 28-30-cu dəqiqələrdə dubl edən Cənubi Koreya yığmasının üzvü Son Xın Min meydan sahiblərini hesabda önə keçirib. Son nöqtəni isə 86-cı dəqiqədə Erik Lamela qoyub - 3:1. Qrupun digər oyununda isə "Anderlext"lə "Monako" "sülh" bağlayıb - 1:1.
Oyundan sonra açıqlama verən komandamızın baş məşqçisi Qurban Qyrbanov deyib:
"Məğlub olmaq istəməzdik. Rəqib həqiqətən də yaxşı komandadı. Ancaq öz futbolçularımız da səhvlər elədi”.
Qurbanov deyib ki, ilk oyun idi, istər-istəməz futolçularda həyəcan var idi:
"Hesabın 2:1 və ya 3:1 olması əhəmiyyət kəsb etmirdi. Bəlkə də müəyyən boşluqlar oldu deyə belə səhvlər alındı. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edə biləcəyik”.