AVRO-2016-nın seçmə qrup mərhələsinin növbəti oyunları keçirilib.
A qrupunda bundan əvvəl Latviya ilə heç-heçə (1:1) oynamış Türkiyə İslandiyaya uduzan (0:1) Hollandiyanı sınağa çəkib və 3:0 hesablı qələbə qazanıb. Lider İslandiya Qazaхıstala "sülh" bağlayıb - 0:0. Çeхiya Latviyanı 2:1 hesabı ilə yenib.
B qrupunda lider Uels evdə İsraillə qarşılaşıb və 0:0 hesablı heç-heçəyə razılaşıb. Cənubi Kipr Belçikaya 0:1, Andorra Bosniya və Hersoqovinaya 0:3 hesabı ilə uduzub.
Millimizin yer aldığı H qrupunda da 3 oyun baş tutub. Millimiz səfərdə Malta ilə heç-heçə oynayıb - 2:2. FIFA tərəfindən 1 xalı silinən, daha sonra isə müvəqqəti olaraq bərpa olunan və yenidən 15 xalla qrup lideri olan Xorvatiya uğursuz Bakı səfərinin ardından rəqib meydanında Norveçlə qarşılaşıb və 0:2 hesabı ilə uduzub. İtaliya isə Bolqarıstana qalib gəlib - 1:0.
AVRO-2016
Seçmə mərhələ
6 sentyabr
A qrupu
Latviya - Çexiya 1:2
Qollar: Arturs Juzins, 73 - David Limberski, 13. Vladimir Darida, 25.
Türkiyə - Hollandiya 3:0
Qollar: Oğuzhan Özyakup, 8. Arda Turan, 26. Burak Yılmaz, 86.
İslandiya - Qazaxıstan 0:0
1 | İslandiya | 8 | 6 | 1 | 1 | 15:3 | 19 |
2 | Çexiya | 8 | 6 | 1 | 1 | 16:10 | 19 |
3 | Türkiyə | 8 | 3 | 3 | 2 | 11:9 | 12 |
4 | Hollandiya | 8 | 3 | 1 | 4 | 13:10 | 10 |
5 | Latviya | 8 | 0 | 4 | 4 | 4:16 | 4 |
6 | Qazaxıstan | 8 | 0 | 2 | 6 | 5:16 | 2 |
B qrupu
Uels - İsrail 0:0
Bosniya və Hersoqovina - Andorra 3:0
Qollar Ermin Biçakciç, 14. Edin Dzeko, 30. Anel Hadziç, 45.
Cənubi Kipr - Belçika 0:1
Qol: Eden Hazard, 86.
1 | Uels | 8 | 5 | 3 | 0 | 9:2 | 18 |
2 | Belçika | 8 | 5 | 3 | 1 | 17:3 | 17 |
3 | İsrail | 8 | 4 | 1 | 3 | 14:9 | 13 |
4 | Bosniya və Hersoqovina | 8 | 3 | 2 | 3 | 12:10 | 11 |
5 | Cənubi Kipr | 8 | 3 | 0 | 5 | 12:13 | 9 |
6 | Andorra | 8 | 0 | 0 | 8 | 3:30 | 0 |
H qrupu
Malta - Azərbaycan 2:2
Qollar: Maykl Mifsud, 55. Alfred Effionq, 70 - Rahid Əmirquliyev, 36; 80.
Norveç - Xorvatiya 2:0
Qollar: Co Berqet, 51. Vedran Corluka, 69.
İtaliya - Bolqarıstan 1:0
Qol: Daniel De Rossi, 6.
1 | İtaliya | 8 | 5 | 3 | 0 | 11:5 | 18 |
2 | Norveç | 8 | 5 | 1 | 2 | 10:8 | 16 |
3 | Xorvatiya | 8 | 4 | 3 | 1 | 16:5 | 15 |
4 | Bolqarıstan | 8 | 2 | 2 | 4 | 7:9 | 8 |
5 | Azərbaycan | 8 | 1 | 3 | 4 | 6:13 | 6 |
6 | Malta | 8 | 0 | 2 | 6 | 3:13 | 2
|