Gəncənin "Kəpəz” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının tərkibi genişlənib.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, quruma daha iki üzv qəbul olunub.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, kənd təsərrüfatı elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov və Gəncə Dövlət Universitetinin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibov Gəncə klubunun Müşahidə Şurasının yeni üzvləri seçilib(Report).

Qeyd edək ki, Yusif Yusifov Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun qardaşıdır.