Bu gün Avropa superkubokunun qalibi müəyyənləşəcək.

Qol.Az-ın məlumatına görə, həlledici görüşdə Çempionlar Liqasının son qalibi "Barselona" ilə Avropa Liqasını qazanan "Sevilya" üz-üzə gələcək.

İspaniya derbisi Gürcüstanın paytaxtı Tiflisdə, "Dinamo Arena"da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

"Barselona" tarixi ərzində 9-cu, "Sevilya" isə dördüncü dəfə superkubok matçına çıxacaq. Kataoniya təmsilçisi 4 dəfə qalib gəldiyi halda, "Sevilya" cəmi bir dəfə superkuboka sahib çıxıb. Bu dueldən hansı klubun qalib çıxacağı maraqla gözlənilir.

Qeyd edək ki, 1972-ci ildən keçirilən Avropa superkubokunu ən çox "Milan" qazanıb. İtaliya təmsilçisi 5 dəfə superkuboku muzeyinə aparıb.