"Bizim üçün istənilən rəqib güclüdür. Ola bilərdi ki, nisbətən zəif rəqiblə də düşə bilərdik, daha güclüsü ilə də. Amma istənilən halda rəqibimiz bizdən güclü olacaqdı".
Mia.az xəbər verir ki, bu sözləri "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Yunanıstanın "Panatinaikos” klubu ilə olacaq görüşdən danışan ukraynalı çalışdırıcı hesab edir ki, rəqib adlı-sanlı komandadır:
"Avrokuboklarda böyük təcrübəyə malikdirlər. "Panatinaikos”la bizi çətin oyunlar gözləyir. Ancaq şansımız var. Hətta bircə şansın da olsa, onun üçün həyatını verməlisən. Bizdə də məhz belə əhval-ruhiyyə var".