Azərbaycanı Avropa Liqasında təmsil edən "İnter" III təsnifat mərhələsinin cavab oyununa evdə çıxıb.
Premyer Liqanın gümüş mükafatçısı İspaniyanın "Atletik" klubunu qəbul edib.
"İnter Arena"da baş tutan oyun "sülh"lə bitib - 0:0.
Nəticədə ilk oyunda 2:0 hesablı qələbə qazanmış "Atletik" mərhələ adlayıb.