Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində  Azərbaycan çempionu "Qarabağ" cavab matçında Şotlandiyanın "Seltik" klubunu qəbul edib.

Mia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun 0:0 hesabı ilə başa çatıb. Bununla da  "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. Təmsilçimiz bundan sonra Avropa Liqasının "pley-off" mərhələsində mübarizə aparacaq.