Avropa Liqasında II təsnifat mərhələsində nazir Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun sahibi olduğu "Qəbələ" Serbiyanın "Çukariçki" komandası ilə cavab matçında qalib gələrək, tarix yazıb.

Mia.az xəbər verir ki, Qəbələ şəhər stadionu cəzalı olduğundan "Bakcell Arena"da baş tutan oyunda  "Qəbələ" 2:0 hesablı qələbə qazanıb. Bununla da komanda növbəti mərhələyə adını yazdırıb.

Onu da qeyd edək ki, ilk oyunda "Qəbələ" 0:1 uduzmuşdu.