Çempionlar Liqasında II təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ" cavab matçında qələbə qazanıb. 

Mia.az xəbər verir ki, komandamız Çernoqoriya çempionu "Rudar"ı evində 0-1 hesabı ilə məğlub edib. Qolu 57-ci dəqiqədə Reynaldo vurub. Bu qələbə isə "Qarabağ"ı möhtəşəm turnirdə növbəti, 3-cü mərhələyə adlaması deməkdir. 

Onu da qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatmışdı. 

Təbrik edirik!

Mia.az