Bu gün "Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində cavab görüşünə çıxacaq. 

Mia.az xəbər verir ki, Monteneqronun "Rudar" komandası ilə qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. 

Onu da qeyd edək ki, bu komandalar arasında Bakıda keçən ilk oyunda hesab açılmayıb - 0:0. 

Növbəti mərhələyə adlamaq üçün "Qarabağ" ya qalib gəlməli, ya da istənilən hesablı qollu heç-heçəyə nail olmalıdır.