"Laçi"nin baş məşqçisi Armando Kunqu "İnter"lə oyunla bağlı fikirlərini bildirib. 

Fanat.az xəbər verir ki, alban mütəxəssis bunları deyib: 

"Çox mәyusam. Nәticә pis oldu. Әsasәn ilk oyuna görә tәәssüflәnirәm. Fikrimcә, "İnter" bizә qalib gәlmәdi. Biz mәrhәlәni onlara hәdiyyә etdik. Bu gün şanslarımız oldu. Çox top itirirdik. Oyuna baxmayaraq nәticә futbolda daha önәmlidi.

Sərgilənən oyuna görə yox, nəticəyə görə kədərlənirəm. Çünki biz "İnter”dən güclü komandayıq. İlk matç bunu deməyə əsas verir. Yeganə çatışmazlığımız nəticə oldu.

Baş hakim bir qədər həyəcanlı görünürdü. Düzdü, mənim işim hakimlik haqda danışmaq deyil. Futbolda hər şeyi meydançada həll etmək lazım idi.
 
Nizami Hacıyevin ustalıq səviyyəsi yaxşı idi. İlk oyunda da meydana daxil olub matçın taleyini dəyişdi".

Qeyd edık ki, komandalar arasında hər iki oyun "sülh"lə başa çatıb - 1:1, 0:0. "İnter" səfər qolu sayəsində mərhələ keçib.