Azərbaycanı təmsil edən idmançı Çaltu Becu dopinqdən istifadədə şübhəli bilindiyi üçün "Bakı-2015" I Avropa Oyunları çərçivəsində yarışlarda iştirakdan uzaqlaşdırılıb.

Bu barədə Avropa Olimpiya Komitəsinin (AOK) rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.

Azərbaycanı 3000 m məsafədə maneələrlə qaçış yarışlarında təmsil edən Ç.Becunun dopinq əleyhinə test nümunəsində qadağan olunan "osterin" maddəsi aşkar olunub.

Dopinq əleyhinə qaydaların pozulması ilə əlaqədar idmançı yarışlardan uzaqlaşdırılıb, onun "Bakı 2015" I Avropa Oyunlarında qazandığı nəticələr ləğv edilib.

Qeyd edək ki, bu addım yüngül atletika üzrə yarışların komanda nəticəsinə təsir etməyəcək.