Bu gün "Bakı-2015" I Avropa Oyunlarında
boks yarışlarına yekun vurulub.
Azərbaycanın daha 4 boksçusu rinqə çıxıb.
Yığmamızın kişilərdən ibarət dörd boksçusu
qızıl medal uğrunda yarışıblar.
Qeyd edək ki, Elvin Məmişzadə (52 kq), Lorenzo
Sotomayor (64 kq) və Teymur Məmmədov (81) boks yığmamıza qızıl, Anna Əlimərdanova
(54 kq), Tayfur Əliyev (56 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) bürünc medal
qazandırıb.
60 kq çəkidə yığmamızın
üzvü Albert Səlimov qızıl medal uğrunda yarışda fransalı Sofian Oumina ilə
üz-üzə gəlib. Hər üç raundda rəqibindən üstün olan 3:0 (29:28, 30:27,
29:28) Səlimov boks yığmamıza dördüncü qızıl medalı qazandırıb.
69 kq çəki dərəcsində mübarizə aparan Pərviz Bağırov boks yığmamıza daha bir
qızıl medal qazandırıb.
O, həlledici görüşdə rusiyalı Aleksandr Besputinlə qarşılaşıb. Boksçumuz 3:0
(28-29 28-29 27-30) hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
75 kq-da qızıl medal uğrunda yarışan digər boksçumuz Xaybula Musalov olub. O,
finalda irlandiyalı Maykl O Reylli münasibətlərinə aydınlıq gətirib. Görüş O.
Reyllinin (İrlandiya) qələbəsi ilə başa çatıb – 3:0 (29:28; 29:28; 29:28).
91 kqda mübarizə aparan millimizin qızıl
medal ümidi olan Abdulqadir Abdullayev üçün final döyüşü prinsipial xarakter
daşıyıb. Belə ki, boksçumuz finalda erməni əsilli Ukrayna təmsilçisi Qevorq
Manukyanla üz-üzə gələcəkdi. Ancaq idmançımız rinqə çıxmadan qalib elan
olunub. Səbəb Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyanın
sağlamlığında problem yarandığı üçün döyüşdən imtina etməsidir.