Bu gün Bakı 2015 I Avropa Oyunlarında qadın voleybolçular arasında 1/4 final mərhələsinin oyunları keçiriləcək.
Mia.az Publika.az-a istiinadən xəbər verir ki, baş tutacaq 4 oyunun nəticəsinə əsasən, yarımfinalçılar müəyyənləşəcək.
1/4 final mərhələsinə Polşa – Almaniya oyunu ilə start veriləcək. Ardından Azərbaycanın yer aldığı qrupdan lider kimi çıxan Türkiyə digər qrupun dördüncüsü olan Rusiyanı sınağa çəkəcək.
Daha sonra meydana yığma komandamız çıxacaq. Aleksandr Çervyakovun yetirmələri digər qrupun ikincisi olmuş Hollandiya ilə münasibətlərinə aydınlıq gətirəcəklər.
Mərhələnin son qarşılaşmasında Belçika ilə Serbiya üz-üzə gələcək.
Voleybol, qadınlar
23 iyun
1/4 final
Polşa - Almaniya - 3:2 (25:23, 25:17, 18:25, 14:25, 15:10)
Türkiyə - Rusiya 3:1 (25:18, 23:25, 25:22, 25:19)
19:00 Azərbaycan – Hollandiya
21:00 Belçika – Serbiya
Azərbaycan millisi yarımfinala adlayarsa, final yolundakı son görüşünü Türkiyə - Rusiya cütlüyünün qalibinə qarşı keçirəcək.