Bu gün Bakı 2015 I Avropa Oyunlarında qılıncoynatma yarışlarına start verilib.
Qadınlar şpaqa, kişilər sablya növündə mükafatçıları müəyyənləşdirəcək.
Azərbaycan yığmasının 8 idmançısı da mübarizəyə qoşulacaq. Onlardan 4-ü kişilərin, 4-ü isə qadınların yarışında çıxış edəcək.
Qadınların şpaqa yarışında 35 qılıncoynadan 5 qrupda mübarizə aparacaq. İdmançılarımızdan Elmira Xudaverdiyeva A, Samirə Hüseynova B, Məryəm Məlikova C, Nüvar Məlikova E qrupunda qüvvəsini sınayır.
Kişilərin sablya yarışlarında 36 idmançı 6 qrupa bölünüb. Təmsilçilərimizdən Azər Tağıyev A, Abdulla Həsənov D, Cavanşir Səfərov E, Cavanşir Ağakişiyev F qrupunda gücünü sınayacaq.
Publika.az