Kişilər arasında 50 metr məsafədən uzanaraq tüfənglə atəşaçma yarışının qalibi Almaniya idmançısı Henri Yunqhaene olub. 

O, qızıl medal uğrunda mübarizədə rəqiblərinə üstün gələrək 208.5 xalla birinciliyi təmin edib. İdmançı "Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanıb. 

İkinci yerə italiyalı De Nikolo Marko, üçüncü yerə isə belaruslu Sergey Martinov çıxıblar(AzNews.az).