Xəbər verildiyi kimi, bu gün Bakı-2015 I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsi start götürüb.

 98 kq çəki dərəcəsində güləşçilərimizdən mübarizəyə öncə Orxan Nuriyev qoşulub. O, təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşıb. Tatami üzərinə 10:35-də çıxan güləşçimiz o qədər də çətinlik çəkmədən rəqibinə qalib gəlib.