Medalları "Azərsuvenir" şirkəti Bakıda hazırlayıb. Azərbaycanlı sənətkar Nərgiz Hüseynova ilə tanınmış "Adamas" zərgərlik şirkətinin birgə tərtib etdiyi medal dizaynı "Bakı-2015”in mükafat qazandığı brendin xüsusiyyətlərinə əsaslanır. Medalın mərkəzində "Bakı-2015”in loqosu, arxa tərəfində isə Avropa Olimpiya Komitələrinin rəmz və söz işarəsi əks olunub.
Birinci Avropa Oyunlarında 6 min idmançı 20 idman növü üzrə yarışacaq.
"Bakı-2015”in medallarının təsvirini təqdim edirik:
